Dəmir bir neçə vacib funksiyanı yerinə yetirən mineraldır, onun əsas funksiyası qırmızı qan hüceyrələrinin bir hissəsi kimi bütün orqanizmimizə oksigeni daşımaqdır . Bu element orqanizmə qida vasitəsi ilə daxil olur.
Orqanizmin qəbul etdiyi dəmir miqdarı orqanizmdə onun necə toplanmasından asılıdır.
Qəbul etdiyiniz miqdar hər gün itirdiyiniz miqdarı əvəz etmək üçün çox az olarsa, dəmir çatışmazlığı yarana bilər.
Dəmir çatışmazlığı anemiyaya , bununla da yorğunluq kimi simptomlara səbəb ola bilər. Dəmirlə zəngin qidaları qəbul etməyən , menstruasiya dövründə olan qadınlar xüsusilə yüksək çatışmazlıq riski altındadır.
Qabıqlı dəniz məhsulları, ispanaq, qaraciyər və digər daxili orqan ətləri, paxlalılar, qırmızı ət və.s